ONN İnformasiya Agentliyi

“Bu, mənim taktikam idi, onları qorxudurdum”

“Bu, mənim taktikam idi, onları qorxudurdum”
15 Oktyabr 2019 - 13:27

Dünən “Maşın”da səsvermədə məğlub olaraq  realiti şoudan uzaqlaşan aparıcı-aktrisa Kəmalə Piriyeva açıqlama verib. 

ONN media xəbər verir ki, o,  yarışmada qurduğu oyunlardan Baku TV-yə danışıb, iştirakçıları planlı şəkildə qorxutduğunu qeyd edib:
“Hamını mənə güclü SMS gələcəyinə inandırıb qorxudurdum. Bu, mənim taktikam idi. Onları qorxuda-qorxuda bu yerə kimi gəlmişəm. Fiziki cəhətdən də özümə inanırdım. İştirakçılar mənə inanmışdılar. Səmimi açıqlama verirəm. Heç bir qruplaşmada yox idim, amma 4-lüyə kimi gəlib çıxdım.

Hamıya diqqətlə qulaq asırdım, onların psixoloji vəziyyətlərinə bələd idim. Olar elə bilirdi ki, səsverməyə çıxsam hamını vuracam, qırıb tökəcəm. Gördüz? Səs toplamadım. Çıxana kimi sizi aldatmışdım. Hədəfimi açıqlamasaydım, səs toplaya bilərdim. əvvəlcədən dediyimə əməl etdim. “Maşın”da isə Suna Kasımoğlunun qalib olmağını istəyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png