ONN İnformasiya Agentliyi

“Bunu utana-utana deyirəm…” — Xalq artisti

“Bunu utana-utana deyirəm…” — Xalq artisti
13 Avqust 2020 - 23:38

“Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bir-iki ildir anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir”.

ONN media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Kinomən” proqramında deyib. Sənəti ilə bağlı suallara bu cür cavab verən müğənni tərifi sevmədiyini söyləyib:

“Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki… Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışında, görünüşündə, danışığında, oxumağında…

Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm”. axşam.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png