Cənazəyə getməyib konsert verdi

Müğənni Alişanın yaxın dostu Demet Akalın qardaşının cənazəsinə qatılmayıb.

ONN media xəbər verir ki, Demet bunun səbəbini günəş allergiyasına yoluxması ilə əlaqələndirib. Daha sonra müğənninin dünən gecə konsert verdiyi ortaya çıxıb.

Ötən gecə reallaşan konsertdə çəkildiyi iddia olunan görüntülər sosial mediada sürətlə yayılıb. İzləyicilər bu hərəkətinə görə Demeti qınayıb.

Qeyd edək ki, müğənni Alişanın qardaşı Selçuk Tektaş koronavirusdan vəfat edib.