Çağatay Ulusoyun hərbi xidmətdən – İLK FOTOSU

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy hərbi xidmətə yola düşüb.

ONN media xəbər verir ki, aktyorun Ankaranın Mamakdakı daxili qoşunlarından ilk fotosu yayılıb.

Hərbi geyimdə olan Ulusoyun fotosu minlərlə sosial şəbəkə izləyicisi tərəfindən bəyənilib.

Qeyd edək ki, ödənişli hərbi xidmətdən yararlanan Çağatay 21 gün hərbi qulluqda olacaq.