Can Yamanın sevgilisi məlum oldu – FOTO

Son zamanlar İtaliyada çəkiləcəyi serial və reklamlarla gündəmdən düşməyən Can Yaman bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.

ONN media  bildirir ki, aktyorun İtaliyada idman aparıcısı Diletta Leotta ilə eşq yaşadığı iddia edilir. Hətta Can yeni sevgilisi ilə eyni oteldə qalır.

Yaman İtaliyada olduğu müddətdə Dilettaya çoxlu gül dəstələri və müxtəlif hədiyyələr göndərməyə başlayıb.