ONN İnformasiya Agentliyi

Cem Yılmaz: “Bir həftə Bakıda qalsam, Miri Yusif kimi mən də…” – VİDEO

Cem Yılmaz: “Bir həftə Bakıda qalsam, Miri Yusif kimi mən də…” – VİDEO
16 Noyabr 2019 - 18:26

Türkiyənin tanınmış komediya aktyoru Cem Yılmaz Bakı Konqres Mərkəzində 16, 17 noyabr tarixlərində stand-up göstərəcək.

ONN media xəbər verir ki, aktyor bu günki konsertindən əvvəl mətbuat nümayəndələri görüşərək onların suallarını cavablandırıb.

“İlk dəfədir ki, Bakıya gəlirəm, gəzməyə imkan olmayıb. Azərbaycan mədəniyyəti çox zəngindir, onunla yaxından tanış olmaq üçün iki gün çox azdır. İnşallah sabah gəzməyi düşünürük. Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcəyik. İki gün sonra gedirəm, amma inan ki, ürəyim burda qalacaq. Əlbəttə ki, özümlə bir neçə xatirə aparacam. Onlardan biri tardır. Dostlarımdan xahiş etdim ki, mənə tar alsınlar. Bildiyiniz kimi, çox mürəkkəb musiqi alətidir. Eşitdim ki, Bakıda hər evdə hər hansı musiqi aləti var. Ümumiyyətlə, sənətlə maraqlanmaq və musiqi bacarıqların olması gözəl xüsusiyyətdir”.

Daha sonra aktyor biletlərin baha olması xəbərlərinə yumorla cavab verib: “Bilet qiymətləri açıqlananda insanlar öncə Tarkanın gəldiyini zənn etdi. Tarkan öz içimdə gətirdim. Odur ki, bilet qiymətlərinə həm Tarkan, həm də Cemin şousu daxildir. Dillərimix bir az fərqli olsa da, zarafatı anlamaq baxımdan problem olmayacaq. Nə zaman başqa yerə getsək, dilim oranın şivəsinə alışır. Bir həftə qalsam, dilinizi öyrənə bilərəm. Mənə elə gəlir ki, Miri Yusif kimi Xalq artisti ola bilərəm. Azərbaycanlı məşhurlardan Miri Yusif, İradə Ibrahimova, Aygün Kazımova, Rauf Əhmədov, həmçinin köhnə nəslin bir çox nümayəndələrini tanıyıram. Həm klassik, həm də retro musiqinizlə yaxından maraqlanıram”.

Öz zarafatlarına özünün də güldüyünü deyən məşhur “Aktyor öz zarafatlarına güldüyü zaman daha çox xoşbəxt olur. Çünki sadəcə tamaşaçını güldürmək haqqında fikirləşəndə ortaya başqa mənzərə çıxır. Mən öz güldüyüm mövzuları paylaşıram. Bu axşam Bakıda ilk konsertim gözəl keçsə, məndən xoşbəxti yoxdur. Yeri gəlmişkən, uzun illərdir ki, belə maraqlı mətbuat konfransım olmamışdı”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png