Çinarə Məlikzadə məşhur türkiyəli müğənni ilə eyni səhnədə – FOTO

Sosial şəbəkədə populyarlaşan ifaçı Çinarə Məlikzadə ötən gün türkiyəli məşhur müğənni Mustafa Ceceli ilə eyni səhnəni paylaşıb.

ONN media xəbər verir ki, Çinarə M.Cecelinin “Sevgililər günü”nə həsr olunmuş konsertində çıxış edib.

O, türkiyəli ulduzla “Vurulmuşam” adlı dueti səsləndirib və ona təşəkkürünü bildirib:

“Həyatımda heç bir zaman yaşamadığım xöşbəxtliyi mənə yaşatdığınız üçün sizə sonsuz təşəkkür edirəm”.