“Çukur” serialına yeni aktyor daxil oldu

Azərbaycanda və Türkiyədə geniş tamaşaçı kütləsi yığan "Çukur" serialı ilə bağlı yeni xəbər var.

ONN media xəbər verir ki, aktyor Alperen Duymaz heyətə daxil edilib. Duymaz sonuncu dəfə "Bodrum masalı" serialında kamera qarşısına keçib.

Qeyd edək ki, serialın rejissoru Sinan Öztürkdür. Alperen serialda psixopat polis obrazını canlandıracaq.