Damla imicini yenə dəyişəcək

Türkiyəli müğənni Damla imicini yenə dəyişəcək. 

ONN media bildirir ki, müğənni bu dəyişikliyin “Sahibi Sen” mahnısına çəkdirəcəyi kliplə əlaqədar olduğunu bildirib: “İmicim tamam fərqli olacaq. Hətta dərimin rəngi də dəyişəcək. Çox maraqlı və lirik klip hazırlanır. Əsl romantik ab-havası duyulacaq. Bu klipdən sonra hamı öz sahibini istəyəcək”. Qeyd edək ki, Damlanın yeni klipi xarici ölkələrin birində lentə alınacaq. Murat Yeterinin aranjıman etdiyi “Sahibi Sen” türk müğənninin “Pasaj Müzik” musiqi şirkətinin imzası ilə işıq üzü görəcək növbəti mahnısıdır.