ONN İnformasiya Agentliyi

Dayısı vəfat edən İlqarə Kazımovadan sevgilisinə təşəkkür mesajı

Dayısı vəfat edən İlqarə Kazımovadan sevgilisinə təşəkkür mesajı
02 Dekabr 2019 - 16:40

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın ötən həftə həbsxanadan buraxılan qardaşı Kazım Kazımov ağır xəstəlikdən vəfat edib.

ONN media xəbər verir ki, Təzəpir məscidində müğənninin qardaşının 3 mərasimi keçirilib. Yas mərasimindən Aygün Kazımovanın görüntüləri yayılıb. Lakin İlqarənin dayısının yasında iştirak etmədiyi məlum olub. Sosial şəbəkədə o qədər aktiv olmayan İlqarə dünən və bu gün romantik paylaşımları ilə diqqət çəkib. O, instaqramda gül dəstəsinin fotosunu paylaşaraq sevdiyi şəxsə təşəkkür edib.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib. Noyabrın 15-də isə Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində ona baş çəkib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png