ONN İnformasiya Agentliyi

“Demet Akalın gözəl deyil, ona hamamdan çıxanda baxın” – Zöhrə Abdullayeva

“Demet Akalın gözəl deyil, ona hamamdan çıxanda baxın” – Zöhrə Abdullayeva
01 Fevral 2018 - 19:30

“Gedirlər Türkiyədə yarışmaya öz mahnılarımızı türk dilində oxuyurlar. Niyə belə edirsiniz?”.

ONN media-nın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Zöhrə Abdullayeva “10-dan sonra” verilişində deyib. 

Müğənni türkiyəli ifaçılara ölkəmizdə yüksək qonorar ödənilməsini qınayıb:

“Tükr müğənniləri canlı oxuya bilmirlər. Amma bura gələndə səs-küy salıb, nələr edirlər. Nə olub, bir az da bizimkilərə qiymət verin. Mahnılarımızı oxuyanda, sözləri dəyişdirirlər. Ölürlər bizim mahnılar üçün, amma anonim yazırlar. Onlar eqositdir, bizim müğənniləri qəbul etmirlər. Bizimkilər isə hadisəni gətirir 200 min cibinə qoyurlar. Axı Hadisə heç söz tələffüz edə bilmir. Demet Akalın səsi heç nota sığmır".

Aparıcı Yusif Ağayevin "Yəqin gözəlliyinə görə gətirirlər bura" sözlərinə Z.Abdullayeva əsəbiləşib və "Nəyi gözəldi? Ona bir də hamamdan çıxanda baxın” cavabını verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png