ONN İnformasiya Agentliyi

Dilarə Kazımova “Dəm olmuşam” oxudu -VİDEO

Dilarə Kazımova “Dəm olmuşam” oxudu -VİDEO
15 Dekabr 2017 - 18:35

Ökəmizin film bazarına 2017-ci ilin sonlarına yaxın yeni bir kino da daxil olacaq. "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı "Kəklikotu" filmi dekabrın 21-də tamaşaçıları ilə görüşəcək.

Uzun müddətdir anonsları yayımlanan kinonun soundtreki isə 2014-cü ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən, tanınmış müğənni Dilarə Kazımovaya həvalə olunub. Son zamanlarda yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifası "Dəm" adlanır.

Qədim meyxana janrında olan "Dəm" mahnısını Dilarə Kazımova özünəməxsus şəkildə ifa edib, ona tam yeni ab-hava gətirib. "Dəm"in aranjimanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur.

Qeyd edək ki, mahnının klipi də artıq hazırdır. Klipin rejissoru Elrəng, operatoru isə Rauf Qurbanəliyevdir. 

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png