Elçin Quliyev Lamiyəni təltif etdi

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aparıcı Lamiyə Ələkbərovanı təltif edib.

ONN media bildirir ki, ona general tərəfindən Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə “100 illik” medalı təqdim edilib.

Qeyd edək ki, aparıcı Lamiyə Ələkbərova Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktor müavini vəzifəsini icra edir. (qafqazinfo.az)