ONN İnformasiya Agentliyi

Elnur Məmmədov el şənliklərindən imtina edir

Elnur Məmmədov el şənliklərindən imtina edir
07 Fevral 2018 - 21:54

Elnur Məmmədov artıq toylarda oxumuyacağını bildirib.Bu barədə ONN media Primetime saytına istinadən məlumat verib.

“Artıq toy bazarında məni görməyəcəklər, el şənliklərindən imtina edirəm, daha oxumayacam. Bunun da səbəbləri var. Bilirsiniz ki, toy şənliklərinin ayrıca repertuarı olur, istər-istəməz özünə uyğun bilmədiyin mahnıları oxumaq məcburiyyətində qalırsan. İstəyirəm hamı məni səhnə müğənnisi kimi görsün. Bundan sonra yalnız sənətimlə məşğul olacam. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə solo-konsertlər vermək fikrindəyəm. Onsuz da Azərbaycanda az-az oluram, vaxtımın çoxu səyahətlərdə keçir”.

Müğənnilərin gəlir yeri yalnız toylardır. Çünki Azərbaycanda müğənnilər konsertlərdən qazanc əldə edə bilmirlər. Toylardan imtina edən və konsertlərindən gəlir götürməyən Elnur bəs hansı pulla dolanacaq? Əldə etdiyimiz məlumata görə, Elnur xarici ölkələrin birində şəxsi biznesini qurub.

“Mən də bilirəm ki, müğənninin gəlir yeri yalnız toylardır. Lakin səhnəni daha üstün tuturam. Qaldı ki, biznesimə, bu məsələ mənə aiddir, bu barədə danışmaq istəmirəm”.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png