Elza sponsorunun kimliyini açıqladı: “Mənə evi, avtomobili o bağışlayıb”

Əməkdar artist Elza Seyidcahan ona sponsorluq edən şəxsin kimliyini açıqlayıb.

ONN media xəbər verir ki, Yenicag.az-a açıqlama verən sənətçi ona anasının himayədarlıq etdiyini bildirib:

“Mənim sponsorum Allahım, bir də anam olub. Uşaqlıqdan məndə olan istedadı görüb və qiymətləndirib. Gecə-gündüz torpaqla əlləşib, işləyib və qazandığı pulları uşaqlarının dolanışığına, təhsilinə xərcləyib. Gecələr iki saat doyunca yatmayıb, çalışıb. Mənə ən bahalı hədiyyələri – evi də, avtomobili də anam bağışlayıb. Bəzi adamlar mənim şeirlərimə lağ edib, artıq-əskik danışanda anam əsəbiləşir. O, bilir ki, qızı çox istedadlıdır. Hətta telefonla danışanda belə mənim şeirlərimdən sitat gətirir. Təsəvvür edin, bütün şeirlərimi əzbər bilir. Dünən deyir ki, Elzanın şeirlərində ifadə etdiyi kimi hər yer pırıl-pırıldır. Amma anam heç vaxt efirə çıxıb, haqqımda danışmağı sevməyib. Bu günlərdə nəvəmin doğum günü idi. Maqazin proqramlarından biri onu danışdırıb. Anam elə bilib ki, kamera çəkmir. Bilsə, heç danışmazdı. Çünki çox təvazökar adamdır”.