Emin Ağalarov onunla nişanlandı – FOTO/VİDEO

Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarov Moskvada Baş Qərargah rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlanıb.

ONN media xəbər verir ki, bu barədə Həbib Müntəzir sosial şəbəkədə məlumat yayıb.

Emin Ağalarovun instaqramda Fatimə Sadıkovanı izləməsi, eyni zamanda bir neçə gün əvvəl “Fatima” adlı mahnısını təqdim etməsi xəbərin doğruluğunu təsdiqləyir. Bundan başqa, o, sosial şəbəkədə izləyicilərin “Yenidən evlənmək istəyirsən?” və “Fatimə, həqiqətən, mövcuddur?” suallarına “Hə” deməklə kifayətlənib.

Lakin bundan əvvəl ulduz “Fatima” mahnsının kimə həsr edildiyini soruşan izləyicilərinə “Bu, ad şərtidir və Yaxın Şərqə məxsus addır. Eminə ilham verən, ürəyindəki yeni şahzadənin sirli saxlanması üçün bir vasitədir”, – cavabını vermişdi.

Xatırladaq ki, Xalq artisti iki dəfə ailə qurub. İlk dəfə o, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə nikah masasına oturub. Onun bu evlilikdən Əli və Mikayıl adlı əkiz oğlanları var.

İkinci dəfə o, moldovalı model Alyona Qavrilova ilə evlənib. Bu, onların hər ikisinin ikinci nikahı idi. Cütlüyün nikahından Afina adlı bir qızları var. Cütlük bir neçə ay əvvəl boşanıb.(publika.az)