ONN İnformasiya Agentliyi

Erməni hakerlərin hücumuna məruz qalan Aygün Kazımova Kirkorov haqqında görün nələr dedi

Erməni hakerlərin hücumuna məruz qalan Aygün Kazımova Kirkorov haqqında görün nələr dedi
21 Sentyabr 2020 - 10:53

Ermənilər Xalq artisti Aygün Kazımova ilə Rusiyanın Xalq artisti Filip Kirkorovun “Can Azərbaycan” duetinə etiraz edib.

ONN media  xəbər verir ki, ermənilər Kirkorovun azərbaycanlı ifaçı ilə duetini İnstaqramda paylaşaraq tənqid ediblər.

Yutub kanalı erməni hakerlərin hücumuna məruz qalan Kazımova onlara İnstaqram üzərindən cavab verib:

“Hər zaman Azərbaycan xalqına, Azərbaycan tamaşaçısına, musiqisinə, sənətkarlarına dərin hörmət və sevgi ilə yanaşan, Azərbaycanı öz vətəni kimi sevən əziz dostum, canım dostum, sənət dostum Filip Kirkorovla ərsəyə gətirdiyim “Can Azərbaycan” layihəsi ilə qürur duyuram”.

Xatırladaq ki, erməni əsilli bolqar müğənnisi Bedros Kirkorovun ailəsində dünyaya gəlib. Onun bir müddət Azərbaycana gəlişi qadağan olunmuşdu.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png