Erməniyə dəstək olan müğənninin Bakı konserti ləğv olundu

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

ONN media xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət konsertin ləğv olunduğunu açıqlayıb.