“Eurovision 2020”nin keçirilməsi ilə bağlı YENİ XƏBƏR

Koronavirus pandemiyası səbəbindən ləğv edilən “Eurovision 2020” mahnı müsabiqəsinin əvəzinə Avropa Yayım Birliyi (EBU) onlayn şou keçirməyi planlaşdırır.

ONN media xarici mətbuata istinadən bildirir ki, bu barədə müsabiqənin “Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd olunub ki, söhbət yarış formasında olmayan alternativ proqramdan gedir. Belə ki, şounun məqsədi “Eurovision 2020” müsabiqəsi üçün seçilən müğənni və heyəti ictimaiyyətə təqdim etməkdir.