ONN İnformasiya Agentliyi

“Eurovision” təmsilçimiz Amerikada FƏHLƏLİK EDİRMİŞ

“Eurovision” təmsilçimiz Amerikada FƏHLƏLİK EDİRMİŞ
06 Noyabr 2019 - 17:22

“Fərid Məmmədov kimi tələbəm ölkədən getməməli idi. Onu kimlər küsdürdü? Mənim “uşağım”ı bezdirdilər. Beş yaşından sənətə canını fəda etdi və dövlət ona etimad bəslədi, “Eurovision”a göndərdi. Öz istedadının gücünə ikinci oldu”.

ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova “Şou ATV” proqramında deyib.O, Fərid Məmmədovun Amerikaya köçməsindən danışıb:

“Fərid Amerikada fəhləlik edir, zülm çəkir. Azərbaycanda fəhlə olmaq olar, başqa ölkədə yox! Televiziyalardan soruşmaq istəyirəm ki, niyə tələbəm gedib kuryer çalışır? Fərid Məmmədov gün ərzində doğulan istedad deyil.

Fəridin valideynindən soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png