“Fəlakət”in ailəsi dağılıb?

Ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucov həyat yoldaşından ayrılıb.

ONN media xəbərverir ki,  “Fəlakət” obrazı ilə məşhurlaşan yumorist xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır.

2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, onlar ATV-də bir yerdə çalışan zaman tanış olublar. Hazırda İlahə ATV-dən uzaqlaşaraq, fəaliyyətini İTV-də davam etdirir.

“Qafqazinfo” sözügedən xəbərlə bağlı Elşən Orucovla əlaqə saxlamağa çalışsa da, o zənglərə cavab verməyib.