“Fəlakət”in toyundan – Fotolar

Bu gün “Bozbash pictures”də “Fəlakət” obrazını canlandıran aktyor Elşən Orucov ilə nişanlı olan İlahə xanımın qız toyudur.

ONN media xəbər verir ki, sənətçinin toyu paytaxt restoranlarının birində keçirilir.

Mərasimdə şou-biznes nümayəndələri də iştirak edir.

Toydan fotolar artıq sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, cütlüyün oğlan toyu martın 5-də olacaq. Aktyorun ailə qurduğu xanım da ATV-də çalışır.