Fahriyenin səhhəti necədir?

Məşhur aktyor Burak Özçivit aktrisa xanımı Fahriye Evcenin xəstəxanaya yerləşdirilməsi barədə açıqlama verib. 

ONN media xəbər verir ki, serial və kino ulduzu 7 aylıq hamilə olan həyat yoldaşının səhhətində ciddi problemin olmadığını qeyd edib:

“Soyuq dəyib, onunla bağlı xəstəxanadayıq, önəmli bir şey olmayıb. Sabah evə gedəcəyik, hər şey qaydasındadır. Narahat olan hər kəsə təşəkkür edirəm”. 

Daha sonra Burakın anası Ceyhan Özçivit də gəlininin səhhətindən danışıb: “Fahriye ilə körpə yaxşıdır, heç bir problem yoxdur”.