ONN media

Fariz İlyasov: ” Çox xoşbəxtəm, o insana minnətdaram”

Fariz İlyasov: ” Çox xoşbəxtəm, o insana minnətdaram”
17 Dekabr 2018 - 12:39

Fariz İlyasov 12 Yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından musiqi duyumu və ifası ilə digər uşaqlardan seçilib. Sinif rəhbərinin təkidi ilə 37 No-li musiqi məktəbində xalq artist Teyyub Aslanovun muğam sinfində musiqi təhsili almağa başlayıb. 2010-2014-cü illərdə Bakı Slavyan Universitetində İngilis dili müəllimi ixtsasında ali təhsilini davam etdirib. Aktyor televiziya aparıcısı müğənni və model kimi fəaliyyət göstərir. 2014-2015-ci illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Ailənin ikinci övladıdır. "Fitness heyatımın ayrılmaz parçasıdır"- deyən gənc ulduz hər zaman düzgün formada qalmağını sağlam qidalanmağına və düzgün heyat tərzinə borclu olduğunu qeyd edir. Gənc aktyor ONN media-nın həmsöhbəti oldu.

– Fariz İlyasov Kimdir?

Fariz İlyasov – vətəninə , xalqına, ailəsinə bağlı, sevdiyi və seçdiyi sənət yolunda uğurla addımlayan, böyük hədəfləri olan gəncdir. 

– Fariz İlyasov bu günə kimi bir çox istiqamətlərdə uğur qazanıb bəs özünə daha çox yaxın bildiyi istiqamət nə olub. Müəllimlik, aparıcılıq, müğənnilik, aktyorluq yoxsa modellik ?

Men özümü tanıyandan çox kiçik yaşlarımdan musiqi mənim həyatımın mərkəzində olub. Uşaqlıq illərimi xatırlayanda ilk yadıma düşən hər gün oxuduğum mahnılar olur. Televizorda yalnız musiqi verilişlərini izləyir, mahnıları əzbərləyirdim. Həyatımın hər dönəmində mənim əsas məqsədim musiqiçi kimi uğur qazanmaq olsa idi, yəqin ki, siz məni sırf müğənni kimi tanımış olardınız. Amma bunu da qeyd etməliyəm ki, içimdə çox çılğın və enerji dolu bir artist var. Aktyorluq isə bunu üzə çıxarmağıma kömək olur. Başqa bir obraza bürünmek və o obrazı canlandırmaq içimdəki artiste çox böyük zövq verir. Kütlə və kamera qarşısında olan sərbəstliyim və düzgün nitqimin olmağı isə mənə aparıcılıq etməyə imkan verir. Modellik insanların məni model kimi görməyinə bağlı olaraq yarandı və davam etdi. Müəllimlik isə ailəmin istəyi idi. 

– Fariz İlyasov olmaq istədiyi yerdədir?

Əgər bu vaxta kimi arzuladığım hər şeyi əldə etmişəmsə demək ki, olduğum yer keçmişdə olmaq istədiyim yerdir. Hazırda olmaq istədiyim yerə isə əmin addımlarla irəliləyirəm. 

– Fariz İlyasovun həyatda olmazsa olmazları nələrdir?

Eşq, sevdiyim iş, pul (gülür) 

– Fariz İlyasovun ideal bildiyi aktyor varmı?

Bəyəndiyim və oyununu təqdir etdiyim aktyorlar əlbəttə var. Bu zövq və tərcih məsələsidir. Aktyoru mənə sevdirən tək onun oyunu olmur. Ümumən filmin süjet xətti, ssenarisi də burda önəmli rol oynayır. 

– Gələk şəxsi həyata.  Fariz İlyasovun həyatında bir qadın varmı və onun üçün ideal qadın obrazı necədir?

Şəxsi həyatım barədə tek onu deyə bilərəm ki, çox xoşbəxtəm. Mənə özümü önəmli hiss etdirən insanlara minnətdaram. Güclü qadınlar hər zaman diqqətimi çəkir. Həyatda nə istədiyini bilən, uğurlu, hədəfləri olan və bunun üçün çalışan qadınlar mənim üçün hər zaman favoritdir. Bir də baxımlı olub təbii qalmağı bacaran qadınlar.  Idealliq isə Allaha məxsusdur. Mən heç kimdə ideallıq axtarmıram. Sadəcə insanlar hər zaman özlərini ən yaxşı səviyyəyə yüksəltməyə çalışmalıdırlar. Özünü tərbiyə etməyi bacaran, nəfsini idarə edə bilən, ağıllı və istedadlı insanlar mənim üçün idealdır. 

– Xarici ölkələrdən klip, film və ya reklam təklifi gəlib?

Bəli gəlib. Bu haqda hələki danışa bilmərəm. Danışıqlar prosesindəyik. Yaxında xoş xəbərlər verəcəyimə inanıram. 

– Ümumiyyətlə Fariz İlyasov kənardan özünə baxsa özünü necə biri kimi görər?

Hər kəs qarşısındakı insanı özü kimi görür. Mən hamıda ancaq müsbət xüsusiyyətlər axtarıram. İnsanlar başqalarını deyil özlərini görməyə çalışsa, öz səhvlərini düzəltsə, özlərini düzgün aparsa hamı da onlara yaxşı olacaq. Özümü kənardan görməyə qaldıqda isə belə bir imkanım olmadığı üçün səmimi cavab verə biləcəyimə inanmıram. Ona görə hər kəsin baxışını öz vicdanına buraxıram. 

– Sizcə gənc yaşınızda bu qədər uğurunuzun olmasının arxasında nə dayanıb? Xarici görünüşünüz işinizə təsir edib?

Men məqsədyönlü və çalışqan biriyəm. Hər zaman özümü necə daha yaxşı səviyyəyə çatdıra bilərəm deyə düşünürəm və bunun üçün çalışıram. Gördüyüm işdən çox böyük zövq alıram. İşini sevmək və çalışmaq hər zaman insana uğur gətirir. Xarici görünüş isə bütünü tamamlayan yüzlərlə parçadan sadəcə biridir. 

– Fariz İlyasovun həyatda işi ilə bağlı ən böyük peşmançılığı nə olub?

Elə bir duyğudan çox uzağam. İnsan verdiyi qərarların məhsuludur. Hər zaman ən doğru qərarı verə bildiyimə inanıram.

– Vəə sonda yeni ekran işlərində sizi görəcəyikmi? Sonda izləyicilərinizə nə demək istəyərsiniz?

Bildiyiniz kimi hazırda Xəzər tvde yayımlanan İmtahan serialında Ceyhun obrazını canlandırıram. Yenicə başa çatan Best model of Azerbaijan 2018 yarışmasında Best Photomodel nominasiyasında qalib oldum. Hazırda isə maraqli proyektlər üzərində çalışıram. Hətta sizi həyəcanıma ortaq etmək üçün deyim ki, bu dəfə daha global işlər var. Ölkə sərhədlərini keçəcək işlər. 

– Çox sağolun Fariz bəy.

Siz sağolun Fəridə xanım. Son olaraq məni hər zaman diqqət mərkəzində saxlayan sizə ONN media nümayəndələrinə və sevənlərimə təşəkkür edirəm. Sevgi ilə qalın. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png