Firanın radio verilişi də bağlandı

Firuzə Cəlilovanın “Danışır Xəzər” radio verilişi də bağlanıb.

ONN media xəbər verir ki, bu barədə aparıcı İnstaqram hesabında yazıb.

“Xəzər 103 FM-də düz 1 il 8 aylıq layihəmiz olan "Danışır Xəzər"in son yayımı oldu. Mənim radiodakı sevimli müdirim Nəsib Nura təşəkkür edirəm ki, məni radio ilə tanış etdi və Azər bəy kimi istedadlı bir həmkarla yayım paylaşdım. Radio həyatımın unudulmaz bir anı olaraq qalacaq", – aparıcı bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Firuzə Cəlilovanın televiziya verilişləri bağlanmışdı.