ONN İnformasiya Agentliyi

Flora Kərimova Anar haqda: “Yaxşı ki, məni uşaq etməyib”

Flora Kərimova Anar haqda: “Yaxşı ki, məni uşaq etməyib”
15 Fevral 2018 - 12:54

2 gün öncə top-stilist Anar Ağakişiyevin xalq artisti Flora Kərimovanı dəyişməsi geniş müzakirəyə səbəb olmuşdu.

ONN media xəbər verir ki, Çoxları tərəfindən bəyənilən dəyişimə F.Kərimovanın özü də münasibət bildirib. İfaçı şəxsi instagram hesabında Anarla birgə olan fotosunu paylaşaraq bunları yazıb:

“Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikçə mürgüləyirdirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın içində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona sağ ol deyirəm. Anar İşinin rəssamıdır. Çox peşəkardır. Onun əlinə düşən insanları sonda tanımaq olmur. Biz bu insanları qorumalıyıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png