ONN İnformasiya Agentliyi

Gigi Hadid erməni terrorizmini dəstəkləyən Kardaşyana ETİRAZ ETDİ – FOTO

Gigi Hadid erməni terrorizmini dəstəkləyən Kardaşyana ETİRAZ ETDİ – FOTO
12 Oktyabr 2020 - 10:21

Bir neçə həftədir işğalçı Ermənistanın Azərbaycana qarşı son təxribatları dünya şou-biznesinə də təsirsiz ötüşməyib.

ONN media  xəbər verir ki, əslən Ermənistandan olan Amerikanın realiti-şou qəhrəmanı Kim Kardaşyan bacısı Kloe ilə birgə erməni terrorizmini, uşaq ölümlərini dəstəkləyən postlar paylaşıb. Kardaşyanlar həmçinin dünyaca məşhur simalara da müraciət edərək sözügedən “kampaniya”ya qoşulmalarını rica ediblər.

Əvvəlcə model Naomi Kembel, rep ifaçısı Kardi B, Elton Con və başqaları Azərbaycan əleyhinə postlar paylaşsalar da, daha sonra sözügedən statusları siliblər.

Kardaşyanın terroru dəstəkləməsinə dünya ulduzlarından ilk etiraz edən isə əslən Fələstindən olan məşhur Bella və Gigi Hadid bacıları olub.

“Viktoriya Sekret”in modelləri Kardaşyan aqressiyanı təbliğ etdiyi üçün onu instaqramda “unfollow” ediblər.

Bunun əsas səbəblərindən biri də Gigi Hadidin sevgilisi, əslən Pakistandan olan Zeyn Malikin bacısı Saşanın erməni hücumlarına geniş yer verməsi və reallığı göstərməsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Gigi Hadid erməni terrorizmini dəstəkləyən Kardaşyana ETİRAZ ETDİ – FOTO
Gigi Hadid erməni terrorizmini dəstəkləyən Kardaşyana ETİRAZ ETDİ – FOTO
Gigi Hadid erməni terrorizmini dəstəkləyən Kardaşyana ETİRAZ ETDİ – FOTO
Gigi Hadid erməni terrorizmini dəstəkləyən Kardaşyana ETİRAZ ETDİ – FOTO
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png