“Gizli eşq yaşayıram” – 57 yaşlı Nahidə Orucova

ONN media xəbər verir ki, əməkdar artist Nahidə Orucova “Hər şey daxil” verilişinin qonağı olub. 
 
57 yaşlı aktrisa bu dəfə sevgi etirafı ilə gündəmə gəlib. Belə ki, Orucova gizli eşq yaşadığını bildirib:
 
“Həmin şəxsin adını deyə bilmərəm. Heç onun özünün də xəbəri yoxdur ki, onu sevirəm. Cavan biridir. Gizli eşq yaşayıram”.
 
Qeyd edək ki, nahidə bir neçə həftə əvvəl üzdartdırma əməliyyatı etdirib və 35 yaş cavanlaşdığını söyləyib. Ötən il isə aktrisa mədəsini kiçildib və 60 kiloqram çəki atıb.