ONN İnformasiya Agentliyi

Güllə keçirməz şüşədən olan villada qalır və…

Güllə keçirməz şüşədən olan villada qalır və…
24 Yanvar 2021 - 2:29

“Five Eyes” filmi üçün Antalyaya gələn aktyor Ceyson Stethem ötən gün qaldığı villada görüntülənib.

Ekran işinin çəkilişləri 1,8 milyard lirəyə başa gələn “EXPO” mərkəzində reallaşdırılır. Kadrların mətbuata yayılmaması üçün çəkiliş meydanı mühafizə olunur.

Filmdə baş rolu canlandıran Ceyson lüks villada qalır. 3 mərtəbəli malikanə 5 yataq və 5 geyinmə otağından ibarətdir. Bundan başqa villada böyük hovuz və spa salonu da var.

3500 kvadratmetr ərazisi olan malikanədə helikopter, avtomobil  kimi nəqliyyat vasitələrindən istifadə edilə edilir.
Villanın xüsusiliyi güllə keçirməz şüşələrdən inşa edilməsidir.
Qeyd edək ki, müğənni Cennifer Lopez də Türkiyəyə gələn zaman bu malikanədə qalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png