ONN İnformasiya Agentliyi

Həyat yoldaşından məşhur modelə 11 milyonluq hədiyyə

Həyat yoldaşından məşhur modelə 11 milyonluq hədiyyə
20 May 2018 - 8:56

"Snapchat”in qurucusu Evan Şpigel həyat yoldaşı, dünyaca məşhur model Miranda Kerrə qiymətli hədiyyə edib.

ONN media bildirir ki, keçən həftə cütlüyün Los-Ancelesdə yerləşən xəstəxanalardan birində oğlu dünyaya gəlib. Onlar uşağa Evanın babası şərəfinə Xartom adını qoyub.

2,4 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olaraq "Forbes" jurnalında yer alan iş adamı ona atalıq sevincini yaşadan gözəl xanımı Miranda Kerr üçün Los-Ancelesdə dəyəri 10,9 milyon dollarlıq malikanə hədiyyə edib.

Qeyd edək ki, Kerrlə Şpigel ötən ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Bundan əvvəl Miranda aktyor Orlando Blum ilə evli olub və ondan Flin adlı bir oğlu var. Şpigel isə heç vaxt evli olmayıb.

Məlumat üçün bildirək ki, Evan Şpigelin 28, Mirandanın isə 35 yaşı var./

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png