ONN İnformasiya Agentliyi

Harun Məmmədova ata oldu

Harun Məmmədova ata oldu
05 Sentyabr 2019 - 12:34

Əməkdar artist,  Azərbaycan teatr və kino aktyoru Ayşad Məmmədovun nəvəsi dünyaya gəlib. 

ONN media xəbər verir ki, bu barədə aktyorun oğlu, tanınmış bloqqer Harun Məmmədov məlumat yayıb. 

Harun 1 milyon 300 min instaqram səhifəsində oğlu ilə şəkil paylaşaraq ata olduğunu bildirib.  İnstaqram fenomeni övladının adının Zeyd olduğunu qeyd edib: 

“Dostlar, inanın, özün uşaq ruhlu olub qucağına uşaq götürmək qəribə hisslərdir .Rəbbim əməli saleh qullarından etsin. Bu gün yeni bir möcüzəyə şahid olduq. Bu gözəl nemət üçün sonsuz şükürlər olsun. Hələ də qəribə gəlir, Harun ata oldu. Rəbbim arzusunda olan hər kəsə sağlam övlad nəsib etsin. Xanımımada minnətdaram, belə gözəl neməti qucağıma götürməyə vəsilə oldu”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png