ONN İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert keçirilir

Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert keçirilir
20 Oktyabr 2019 - 22:25

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir.

ONN media bildirir ki, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu çıxış edir.

Konsertin xüsusi qonaq müğənniləri də var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqlarıdır. Onlar öz məşhur kompozisiyalarını səsləndirəcək.

19:00-da başlayan konsertə giriş sərbəstdir.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png