İlkin Həsəni qəza keçirib

Teleaparıcı-aktyor İlkin Həsəni idman edərkən kiçik qəza keçirib.

ONN media xəbər verir ki, eks-aparıcı bulvarda qaçarkən ayağını zədələdiyi üçün bir neçə gündür şiddətli ağrılardan əziyyət çəkir:

“Çox təəssüf ki, ənəvəvi bulvar salamlaşması ilə sizi salamlaya bilmirəm. Çünki 3-4 gündür ki, sağ ayağımda şiddətli əzələ ağrıları əmələ gəlib.

Müxtəlif travmatoloqlara problemimlə bağlı müraciət etmişəm. Onlar bildirdilər ki, “overuse” sindromudur, xamlıq etmişəm. Müəyyən məsələlər var ki, onlara riayət etməmişəm. Hətta gecələr ağrıdan yata bilmirəm. Yerişimdə belə axsamalar var”.