ONN İnformasiya Agentliyi

İsgəndərlinin eks-gəlini boşanan kimi qızının adını dəyişdi: “İstəmirəm ki…”

İsgəndərlinin eks-gəlini boşanan kimi qızının adını dəyişdi: “İstəmirəm ki…”
19 Yanvar 2021 - 16:28

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan müğənninin oğlundan boşandıqdan sonra qızının adını dəyişdirməyə qərar verib.

ONN media  xəbər verir ki, bu barədə özü instaqramda məlumat yayıb. Canan qızına qoyulan Mətanət adını dəyişərək Elay edib:

“Hər bir ad insan həyatında önəm daşıyır, gərək adı qoyanda çox düşünəsən. Kiminsə könlünü xoş etmək üçün yox… Elay adının çox gözəl mənası var, ay kimi gözəl, cəfakeş və qayğıkeş olmaq deməkdir. Ümid edirəm ki, qızım bu adının mənasını əməllərində göstərə biləcək”,- o, paylaşımında bildirib.

Daha sonra “Yeni ad nəyi dəyişdirdi?” sualına cavabında belə deyib: “Çox şey dəyişdi. Qızıma söylədim ki, sənin ananı hörmətsiz sözlərlə tənqid edən insanın adını evimdə eşitməkdən azad oldum. Uşağımda olan aqressivliyi yoxa çıxartdım, mədəni xanım olmasına yol açdım”.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png