ONN İnformasiya Agentliyi

Kadirdən ilk açıqlama gəldi

Kadirdən ilk açıqlama gəldi
26 Aprel 2023 - 22:30

Aktyor Kadir Doğulu yayılan qalmaqallı görüntülərinə münasibət bildirib.

ONN media xəbər verir ki, jurnalist Birsen Altuntaşa danışan Kadir videonu yayanlardan da bəhs edib:

“Kadrları mənə yaxınlaşmaq istəyib, edə bilməyən insanların paylaşdığını düşünürəm. Həmin gün o qadından əlavə 80 nəfərlə danışdım. Mənimlə danışmaq istəyən hər kəslə söhbət edib, bir dərdi varsa, dinləyərəm. Bunun yerinin və zamanının da fərqi yoxdur”.

Doğulu həmçinin dini nikahlı ikinci xanımının olduğu iddiasına da gülərək aydınlıq gətirib: “Mənim Neslihandan başqa dini nikahlı xanımım yoxdur”. Digər bir tərəfdən B. Altuntaşın yaydığı xəbərdə qeyd olunub ki, Neslihan Atagül xəyanətlə bağlı şayiələri önəmsəməyib.

Xatırladaq ki, ötən gün Kadirin məkanlardan birində çəkilən videosu sosial mediada viral olub. Paylaşılan görüntülərdə onun bir xanımla səmimi anları diqqət çəkib. KİV-in məlumatına görə, həmin gecə aktyor Araş Bulut İynemli həmkarına xəbərdarlıq etsə də, o, buna məhəl qoymayıb. Bundan əlavə, Kadirin başqa bir xanımla dini nikahda olduğu, hətta onun üçün elçi getdiyi deyilib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png