Kamal Sunalı əsgərliyə zorla aparıblar – ETİRAF

"Yeşilçam" filmlərinin rejissoru Türker İnanoğlu həmin illərin aktyor və aktrisalarından danışıb.

ONN media xəbər verir ki, İnanoğlu illər sonra hər kəsin "Şaban" kimi tanıdığı Kamal Sunalla bağlı maraqlı etiraf edib. O, Sunalı hərbi xidmətə zorla yola saldıqlarını deyib: 

"Kamal çox məşhurlaşmışdı. İşləri o qədər idi ki, əsgərliyə getməyə vaxtı yox idi. Axırda Müjdat Gezenlə birlikdə Kamalı aparıb komissarlığa təslim etdik".