ONN İnformasiya Agentliyi

Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama

Kamil Zeynallının saxlanılması ilə bağlı açıqlama
21 Fevral 2024 - 10:17

Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı yaydığı açıqlamada bildirib.

“Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım xidməti göstərilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Kamil Zeynallı rəsmi İnstaqram səhifəsində açdığı canlı yayımda Moskvadan qayıdarkən aeroportda saxlanıldığını bildirib. Buna səbəb kimi Ermənistanın onu beynəlxalq axtarışa verməsi göstərilib. O deyib ki, bu gün məhkəməyə çıxarılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png