ONN İnformasiya Agentliyi

“Karadeniz”in “Nefes”i bir ilə 1 milyon 250 min qazanacaq

“Karadeniz”in “Nefes”i bir ilə 1 milyon 250 min qazanacaq
09 Aprel 2018 - 5:37

"Sen Anlat Karadeniz" serialında "Nefes" xarakterini canlandıran aktrisa İrem Helvacıoğlu reklama çəkiləcək.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa artıq məşhur geyim şirkətlərdən biri ilə bir illik müqavilə imzalayıb.

Məlumata görə, İrem bunun qarşılığında 1 milyon 250 min lirə gəlir əldə edəcək.

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png