ONN media

Kirkorov məhkəməyə verildi

Kirkorov məhkəməyə verildi
07 Avqust 2019 - 20:56

Rusiyanın “Kremlyovsk” qida məhsulları kombinatı Xalq artisti Filipp Kirkorova qarşı Moskva şəhər Arbitraj Məhkəməsinə müraciət edib.

ONN media bildirir ki, buna səbəb artistin “Ya” (“Я”) şousu zamanı texniki işçilərinin qida xərclərinin ödənilməməsidir.

F. Kirkorovun direktorunun sözlərinə görə isə kombinatın şikayəti əsassızdır. Belə ki, onlar əvvəlcə göndərilən hesabı tam ödəyib. Bundan sonra isə “Kremlyovsk” artistin komandasından daha 80 min rubl istəyib. Artistin nümayəndələri isə bunu ödəməyi vacib bilməyib.

“Aydınlaşdıracağıq”, – direktor bildirib.

Qeyd edək ki, “Kremlyovsk” qida məhsulları kombinatı Prezident adminstrasiyasını qida ilə təmin edən maliyyə təşkilatıdır. Onlar, həmçinin, Rusiyanın federal hakimiyyət orqanlarının keçirdiyi tədbir və qəbulların təşkili ilə məşğul olur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png