ONN İnformasiya Agentliyi

‘’Kişidir ona hər şey olar…” — Aysellə Oktayın boşanmasında adı hallanan model

‘’Kişidir ona hər şey olar…” — Aysellə Oktayın boşanmasında adı hallanan model
12 Avqust 2020 - 12:47

Bloqer Aysel Şükürovanın boşanmasında adı hallanan model Könül paylaşım edib.

ONN media  xəbər verir ki, bir neçə gün əvvəl Aysel Şükürova sosial media hesabında həyat yoldaşı Oktay Əhmədovdan ayrıldığı baradə məlumat yayıb. O, ərinin ona xəyanət etdiyini sübut edən dəlillər olduğunu da bildirib. Məsələ ilə bağlı adı hallanan model sosial media hesabında açıqlama yazıb. “Dəyərli izləyicilər, bu barədə danışmağı özümə borc bilirəm. Neçə ildi ki, bu sferadayam. Heç kimlə adım belə hallanmayıb. Məni tanıyan tanıyır. Necə biri olduğumu bilir. Mən hər zaman qadının yanında olmuşam. Bu gün bir daha onu anladım ki, qadının düşməni belə qadındır. Bu sözləri ürəyimdə qalmasın deyə yazıram. Bu vaxta qədər heç kimlə gündəmə gəlməmişəm. Bu məsələ ilə yaxından uzaqdan əlaqəm yoxdur. İnsanlar bilib bilmədən yarğılamağı, linç etməyi o qədər gözəl bacarır ki, söz tapa bilmirəm. Kimsə sizə yazırsa “bu sizin günahınızdır” deməkdən vaz keçin. Xəyanət edən kişiləri müdafiə etməkdən vaz keçin. “Kişidir ona hər şey olar” deməkdən vaz keçin. Kişini qadından üstün tutmaqdan vaz keçin” –deyə, o qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png