ONN İnformasiya Agentliyi

Kristina Aqilera Bakıda

Kristina Aqilera Bakıda
29 Aprel 2018 - 10:19

Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən "Baku Crystal Hall"a toplaşıblar.

ONN media axşam.az-a istinadən xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Kristina Aqilera Bakıda səhnəyə çıxıb. "Baku Crystal Hall"da öz hit mahnılarını səsləndirən müğənni tamaşaçılara unudulmaz anlar yaşadıb.

Bəstəkar və aktrisa kimi də tanınan Kristina Aqileranın 7 albomu dünyada ümumilikdə 43 milyondan çox tirajla satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən müğənni 6 "Grammy" mükafatına layiq görülüb. Onun 4 mahnısı "Billboard"ın ən çox dinlənilən 100 ifası sırasında ilk yerləri tutub. Bundan başqa, Kristina Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox məşhurlarla sıx əməkdaşlıq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png