ONN İnformasiya Agentliyi

Küsülü olan müğənnilər duet oxuyacaq

Küsülü olan müğənnilər duet oxuyacaq
27 Fevral 2018 - 20:51

Müğənni Elton Hüseynəliyev son günlər küsülü olduğu müğənnilərlə barışıb.

ONN media-nın məlumatına görə, sənətçi əvvəlcə xalq artisti Brilliant Dadaşova, sonra isə müğənni Günay İbrahimli ilə arasındakı incikliyə son qoyub.

Elton hətta hər iki sənətçi ilə duet oxumağı planlaşdırdığını bildirib:

“Qeybətim də, qalmaqalım da olub. Yatmışdım, birdən oyandım. Düşündüm ki, belə etməklə özümə pislik edirəm. Həyatımda elə bir şey baş verdi ki, hər şeyi anladım. Həyat qısadır. Gecə vaxtı gəzirdim. səmaya baxdım. Ağlıma fikir gəldi ki, sabahdan yeni həyata başlayacam. Hər şeyi bir il içində edəcəm. Günayla qalmaqal yaşadıq, barışdıq. Duet istəyirik oxuyaq. Brilliant dadaşova ilə də barışığımız oldu”.

Qeyd edək ki, Elton Dadaşovanı "paxıl" adlandırmışdı. Onlar arasında küsülülük bundan sonra başlamışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png