Mələk efirə qayıtdı: Bu verilişi aparacaq

Tanınmış teleaparıcı Mələk Heydərova yenidən səhər verlişini aparacaq.

ONN media xəbər verir ki, Mələk yenicə fəaliyyətə başlamış Baku TV-də səhər verlişini aparacaq.

O bu dəfə həmkarı Aytən Leylaqızı ilə efiri bölüşəcək. “Baku life” adlanan səhər verlişi həftə içi 5 gün səhər saat 10-dan 11-ə kimi olacaq.

Qeyd edək ki, Mələk bundan öncə Space Tv-də səhər verlişini aparırdı.