Məşhur akstrisa AzTV-dən niyə ayrıldı?

Aktrisa Aidə Cəbiyeva aparıcılıq etdiyi Azərbaycan Televiziyasından ayrılıb.

Kanalda “Telesəhər” proqramının aparıcısı olan sənətçi işindən anidən getmək qərarı verib.

Qeyd edək ki, bir müddət öncə Aidənin 200 minlik “Instagram” hesabına kiberhücum olduğu üçün bağladığı iddia edilirdi.

Lakin digər iddia isə onun şəxsi həyatındakı dəyişiklik ilə bağlı idi. Belə ki, Aidənin dostlarından uzaqlaşması, hətta nömrəsini dəyişməsi bu barədə söz-söhbətləri artırmağa başlayıb.

Deyilənə görə, Cəbiyeva ailə qurmağa hazırlaşır. O, bu səbəbdən də qapalı həyat yaşamağa üstünlük verib