ONN İnformasiya Agentliyi

Məşhur aktrisaya eşq etirafı gəldi

Məşhur aktrisaya eşq etirafı gəldi
03 Dekabr 2022 - 8:35

Məşhur türkiyəli aktrisa Hande Erçel həm şəxsi həyatı, həm də karyerası ilə tez-tez gündəmdədir.

Kerem Bürsindən ayrıldıqdan sonra Kaan Yıldırımla eşq yaşayan Erçelin adı son olaraq Hakan Sabancı ilə hallanıb. Lakin Erçel bu iddianı təkzib edib

Hər fürsətdə ürəyinin boş olduğunu deyən 29 yaşlı aktrisa bu dəfə maraqlı eşq elanı ilə gündəmə gəlib.

58 yaşlı məşhur müğənni qatıldığı canlı yayımda Hande Erçelə sevgisini etiraf edib.

Ustad sənətçi Yılmaz Morgül canlı yayımda özündən 29 yaş kiçik Hande Erçelə sevgisini hayqırıb.

O, Erçeli çox sevdiyini və onu heç kimlə müqayisə edə bilməyəcəyini qeyd edib. Həmçinin ona xüsusi marağı olduğunu da vurğulayıb.

“1997-ci ildə məşhur olduğum vaxtlarda Hande Erçel dünyada olsaydı, mütləq onunla evlənmək istərdim. Mənə “hə” desə də, deməsə də… Mən onu evləniləcək qız kimi görürəm. Onu bir ailə qızı kimi görürəm”, – deyə Yılmaz Morgül Erçel haqqında fikirlərini ifadə edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png