Məşhur cütlük boşanır

Aktyor İsmail Hacıoğlu və 2016-cı ildə ailə qurduğu Duyğu Kumarki ayrılıb.

ONN media  xəbər verir ki, 4 yaşında Yemin adında bir qızları olan cütlük boşanır.

Dost kimi ayrılmaq qərarına gələn Hacıoğlu və Kumarki boşanma ərizəsini gələn həftə məhkəməyə verəcək.

Qeyd edək ki, Hacıoğlu ilk dəfə həmkarı Vildan Ataseverlə ailə qurmuş, 5 il sonra, 2015-ci ildə ayrılıb.