ONN İnformasiya Agentliyi

Məşhur müğənni ermənipərəst Elif Şəfəqi belə susdurdu

Məşhur müğənni ermənipərəst Elif Şəfəqi belə susdurdu
17 Oktyabr 2020 - 17:03

Ən böyük gücüm mahnı yazmaqdırsa, Azərbaycana bu gücü mahnı ilə verəcəyik. Gələn həftə “Daima Yaşa” adlı mahnı dinləyicilərə ərmağan olacaq.

ONN media  xəbər verir ki, bu sözləri türkiyəli müğənni-bəstkar Sinan Akçıl instaqramda yazıb.

O, bildirib ki, Azərbaycana həsr etdiyi mahnını Səidə Quliyeva ifa edəcək.

Daha sonra müğənni bu yaxınlarda erməni terroruna dəstək olan türkiyəli yazıçı Elif Şəfəqə cavab verib:

“Ah Elif Şəfəq, yazıçılığın ilə heç bir əlaqəm yoxdur, zatən sənin, ya mənim qələmim müzakirə mövzusu olar. Vaxtı ilə mənə mahnı sözü vermək istəmişdin, yaxşı ki, elə bir səhvə yol verməmişəm. Erməni işğalını sülh adı altında müdafiə etmək nə sənə, nə də ki, paylaşdığın musiqiyə yaraşar”.

Xatırladaq ki, Türkiyəli yazıçı Elif Şəfəqin ermənipərəst mövqedən çıxış etməsi Azərbaycanda və Türkiyədə etirazla qarşılanmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png