ONN İnformasiya Agentliyi

Məşhur verilişin yayımı dayandırıldı

Məşhur verilişin yayımı dayandırıldı
25 Yanvar 2024 - 20:22

“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb.

ONN media xəbər verir ki, bu barədə Demokrat.az-a telekanaldan məlumat daxil olub.

Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb.

Məsələ ilə bağlı “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png