ONN İnformasiya Agentliyi

Məşhur aktrisadan nümunəvi addım

Məşhur aktrisadan nümunəvi addım
22 Yanvar 2024 - 22:44

Şanlıurfada (Türkiyə) zibillikdən ziyafət paltarı tapandan sonra sevindiyindən rəqs edən qızcığaz və onu alqışlayan anası ilə bağlı görüntülər sosil mediada virus sürəti ilə yayılıb. Kadrlara Türkiyənin ən sevilən aktrisalarından olan Bergüzar Korel də biganə qalmayıb və xeyriyyə cəmiyyəti vasitəsilə onlarla əlaqə yarada bilib.

Məlum olub ki, qızcığazın adı Sümeyyadır. Aktrisa bununla bağlı öz hesabından paylaşım edib:

“Onlara ev axtarırıq. Əl-ələ verib bu ana-qızını sevindirək”, – deyə o paylaşımında qeyd edib.

Bundan başqa ailəyə çoxlu yardımlar edilib. Ancaq ana ianələrdən yalnız paltaryuyan maşını qəbul edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png