Aktrisa Zəhra Yılmaz ilə nişanlısı Cem Belevi toylarını təxirə salıb.
ONN media xəbər verir ki, bu barədə açıqlama yayan məşhur cütlük səbəb kimi Azərbaycanın torpaqları uğrunda aparılan mübarizəni göstərib: “Azərbaycanın torpaqları uğrunda mübarizə apardığı bu günlərdə toy etmək fikrində deyilik. Anamla atam Bakıda yaşayır. Belə bir şəraitdə toy etmək doğru olmaz. Odur ki, toy tarixini təxirə saldıq”.